525.Az

Türkiyədə ilk 8 təkərli hərbi zirehli avtomobil istehsal olundu


 

Türkiyədə ilk 8 təkərli hərbi zirehli avtomobil istehsal olundu <b style="color:red"></b>

Türkiyənin Mersin vilayətində "Derman" adlı yerli istehsallı ilk 8 təkərli hərbi zirehli yük nəqliyyat vasitəsinin nümunəsi hazırlanıb.

Trend-in məlumatına görə, hərbi zirehli yük avtomobilinin ilk nümunəsinin hazırlanmasına 2016-cı ildə başlanılıb.

Hərbi nəqliyyat vasitəsinin istehsalı prosesində 40-a yaxın türk mühəndis iştirak edib.

Sınaqdan sonra "Derman"ın silsilə istehsalı təşkil ediləcək və Türkiyə ordusunun silahlanmasına daxil ediləcək.

 





10.01.2019    çap et  çap et