525.Az

"Türkiyə S-400 məsələsində ABŞ-ın təzyiqinə əhəmiyyət verməyəcək"


 

"Türkiyə S-400 məsələsində ABŞ-ın təzyiqinə əhəmiyyət verməyəcək"<b style="color:red"></b>

Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin alışı məsələsində ABŞ-ın təzyiqinə əhəmiyyət verməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib: "Bizim S-400-lərin tədarükü haqqında imzalanmış sazişimiz var və bizə verilən sözü unutmadıq. ABŞ ilə də "Patriot" zenit-raket kompekslərinin alışı ilə bağlı razılığa gələ bilərik. Əgər S-400-lərdən imtina etmək şərti olmasa, razılaşma əldə olunacaq".

 





10.01.2019    çap et  çap et