525.Az

Musiqili Teatrda üç yeni tamaşa hazırlanır


 

Musiqili Teatrda üç yeni tamaşa hazırlanır<b style="color:red"></b>

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü uğurlu və əlamətdar hadisələrlə yadda qalıb.
 
İl boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.

Sənət ocağının yaradıcı kollektivi bu il də ənənəyə sadiq olmaqla teatrsevərlər üçün bir neçə yeni tamaşa hazırlayır. Belə ki, sənət ocağında ilin ilk premyerası "Balaca şahzadə" adlı səhnə əsəri olacaq.

Bundan başqa, yaradıcı heyət iki yeni səhnə əsərinin - "Çarəsiz sərnişinlər" və "Buratino"nun məşqlərini davam etdirir. Səhnə əsərlərinin premyeralarının tarixi yaxın vaxtlarda teatrın mətbuat xidməti tərəfindən açıqlanacaq.

ŞAHANƏ

 





10.01.2019    çap et  çap et