525.Az

Bu gün poçt işçilərinin peşə bayramdır


 

Bu gün poçt işçilərinin peşə bayramdır<b style="color:red"></b> Oktyabrın 9-da bütün dünyada poçt sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər. 1874-cü ilin məhz bu günündə dünyanın əsas beynəlxalq poçt təşkilatı – Ümumdünya Poçt İttifaqı (ÜPİ) yaradılıb. 

Hər il poçt 380 milyarda yaxın məktub və təxminən 6 milyard poçt bağlaması və göndərişini ünvanına çatdırır.

ÜPİ-in baş direktoru Eduard Dayan müraciətində dünya ictimaiyyətini Ümumdünya Poçt Günü münasibətilə təbrik edərək qeyd edib ki, “Poçt cəmiyyəti – daima dəyişən elektron dünyanın ayrılmaz hissəsidir. Poçt xidmətləri sadəcə olaraq bu dəyişikliklərə şahidlik etmir, onlar həm də burada fəal iştirak edirlər”. Təşkilat rəhbəri vurğulayıb ki, poçt xidmətləri hazırkı qloballaşan dünyanın açdığı yeni imkanlardan, o cümlədən elektron ticarətdən yararlanmalıdırlar.
 





09.10.2012    çap et  çap et