525.Az

Əbülfəs Qarayev Koreyanın nüfuzlu televiziya şirkətinin prezidenti ilə görüşüb


 

Əbülfəs Qarayev Koreyanın nüfuzlu televiziya şirkətinin prezidenti ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Koreya Respublikasının “Arirang” Televiziya və Radio şirkətinin prezidenti və icraçı direktoru Sohn Jie-Ae arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə “Arirang” Televiziya və Radio şirkətinin Xəbərlər departamentinin müdiri Kim Joong Shik, Koreya Respublikasının Azərbaycandakı səfiri Choi Suk-inn iştirak ediblər.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı, Koreya və Azərbaycanın mədəniyyət və turizm potensialının qarşılıqlı şəkildə mədiada işıqlandırılması və iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ə.Qarayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan-Koreya əlaqələri yüksələn xəttlə inkişaf edir.

Qarşılıqlı olaraq son illərdə Koreya və Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müxtəlif aksiyalar keçirilib və bu tədbirlər iki xalqın yaxınlaşmasında mühüm rol oynayıb.

Azərbaycanın inkişafına heyran olduğunu bildirən Sohn Jie-Ae ölkəmizin inkişafının onda böyük təəssüratlar yaratdığını, Koreya və Azərbaycan xalqları arasında bir sıra oxşar cəhətlərin olduğunu və bunun da əməkdaşlığın daha da yaxşı inkişafı üçün zəmin yaratdığını qeyd edib.

Görüşün sonunda müzakirə olunan məsələlərin konkret layihə şəklində hazırlanaraq mübadilə olunması barədə razılığa gəlinib.

S.ABDULLAYEVA

 





05.09.2013    çap et  çap et