525.Az

Çavuşoğlu və Pompeo Suriyadakı vəziyyətlə bağlı telefon danışığı apardılar


 

Çavuşoğlu və Pompeo Suriyadakı vəziyyətlə bağlı telefon danışığı apardılar<b style="color:red"></b>

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı aparıb.

Trend-in məlumatına görə, rəsmilər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib.

Rəsmilər ABŞ-ın Suriyadan qoşunlarının çıxardılmasının bir hissəsi kimi iki ölkələr arasında məsləhətləşmələrin vacibliyini qeyd ediblər.

Pompeo telefon danışığında həmçinin Türkiyə-Suriya sərhədində Türkiyənin təhlükəsizlik məsələlərinin həll olunmasına ABŞ-ın sadiq olduğunu deyib.

Pompeo bundan başqa, ABŞ və İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiya ilə işləyən qüvvələrin də müdafiə olunmasının lazım olduğunu bildirib.

 





13.01.2019    çap et  çap et