525.Az

Ermənistan prezidenti Paşinyanı baş nazir vəzifəsinə təsdiq etdi


 

Ermənistan prezidenti Paşinyanı baş nazir vəzifəsinə təsdiq etdi<b style="color:red"></b>

Ermənistan Prezidenti Armen Sarkisyan baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib.

Trend-in erməni KİV-nə istinadən məlumatına görə, prezident bu qərarı ölkə parlamentinin ilk iclasından sonra verib.

Qeyd edək ki, ötən il dekabrın 9-da keçirilmiş seçkilərdən sonra parlamentin ilk iclası bu gün baş tutub.

Qanunvericiliyə əsasən, N.Paşinyan 15 gün ərzində yeni hökuməti formalaşdırmalı və hökumət proqramını parlamentə təqdim etməlidir.

 





14.01.2019    çap et  çap et