525.Az

Kalın: "Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır"


 

Kalın: "Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır"<b style="color:red"></b>

Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır.

Trend-in məlumatına görə, bu sözləri Türkyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Prezidenti Donald Trampın kürdlərlə bağlı Türkiyəni təhdid etməsinə cavab olaraq bildirib.

Belə ki, ABŞ lideri bir müddət öncə bildirib ki, Ankara Suriya kürdlərinə qarşı hücum edəcəyi halda Türkiyəyə qaşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

İ.Kalın qeyd edib ki, Suriya kürdlərini ABŞ-ın da terror təşkilatları siyahısında olan PKK ilə eyniləşdirmək böyük səhvdir.

 





14.01.2019    çap et  çap et