525.Az

Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edəcək


 

Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Mədəniyyət naziri Əbülfəs Qarayev Xızı şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, nazir yanvarın 25-də saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi, 37 ) keçiriləcək görüşdə Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarının sakinləri iştirak edə bilər.

Vətəndaşların nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazılmaları mümkündür.

Qəbula gəlmək istəyən vətəndaşlar, həmçinin, adları çəkilən şəhər və rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər.

 





15.01.2019    çap et  çap et