525.Az

20 yaşlı qız intihar edib


 

20 yaşlı qız intihar edib<b style="color:red"></b> Azərbaycanda 20 yaşlı qız intihar edib, 31 yaşlı kişi isə intihara cəhd edib. İntihar hadisəsi Abşeron rayonunda qeydə alınıb. Rayon  Prokurorluğundan APA-ya verilən məlumata görə, Fatmayı kənd sakini, 1993-cü il təvəllüdlü Rüxsarə Əliyeva özünü yaşadığı evdə asaraq intihar edib.
 
İkinci hadisə isə Zabrat qəsabəsi Yeni Yaşayış massivində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1982-ci il təvəllüdlü Samir Musa oğlu Musayev yaşadığı evdə özünü elektrik naqili ilə asmağa cəhd edərkən valideynləri tərəfindən xilas edilib.
 
 





06.09.2013    çap et  çap et