525.Az

Yağış yağacaq


 

Yağış yağacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 7-nə gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş  meteoroloqu Natiq Musayevin Lent.az-a verilən  məlumata görə, sentyabrın 7-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 17-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
 
 
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 7-də əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda  qısa müddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 17-22  dərəcə isti gözlənilir.
 





06.09.2013    çap et  çap et