525.Az

Ayşən Qruda vəfat etdi


 

Ayşən Qruda vəfat etdi<b style="color:red"></b>

Türkiyənin məşhur teatr və kino aktrisası Ayşən Qruda bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

525.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bir müddətdir, reanimasiyada olan sənətçinin mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib.

A.Qrudanın həkimi daxili xəstəliklər uzmanı Ərgün Kasapoğlunun sözlərinə görə, aktrisa yerli axtla 13:45-də vəfat edib: "Təxminən il yarımdır, xəstəxanamızda müalicə alan böyük sənətkar Ayşən Qrudanı itirməyimizin dərin kədərini yaşayırıq.

Uşaqdan böyüyə həyatımızın hər anında, xatirələrimizdə yer alan, gördüyü hər işlə adını təkrar-təkrar ürəyimizə yazdıran, səhnəmizin "Dəli qadın"ı hekayəsini yeni dünyasında danışmaq üçün aramızdan ayrıldı.

Reanimasiyada aparılan müalicəsi boyunca son ana qədər ən yaxşı şəkildə ona qulluq etmək üçün dəstək olduğumuz, yenidən tanıdığımız, yandıqca yenidən heyran olduğumuz əziz Ayşən Qrudadan sonra bizi sevindirən yeganə məsələ bütün bu müddətdə az da olsa, ağrı çəkməməsidir. Bütün Türkiyənin və sevənlərinin başı sağ olsun".

Cavid QƏDİR

 





23.01.2019    çap et  çap et