525.Az

Temperatur 7 dərəcə düşəcək


 

Temperatur 7 dərəcə düşəcək<b style="color:red"></b>

Sentyabrın 10-dan 13-dək respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki,  Azərbaycan ərazisində havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.
 
Sentyabrın 10-da ölkə ərazisində şimal-qərb küləyi arabir güclənəcək.

 





09.09.2013    çap et  çap et