525.Az

Daha bir namizəd seçkidə iştirakdan imtina etdi


 

Daha bir namizəd seçkidə iştirakdan imtina etdi<b style="color:red"></b>

İlqar Məmmədov (İlqar Altay) prezident seçkisində iştirakdan imtina edib. Mərkəzi Seçki komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyevin ANS PRESS-ə verdiyi məlumata görə, İlqar Altay Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktub yazaraq seçkidə iştirakdan imtina edib.
Seçkidə itirakdan imtinanın səbəbi məlum deyil.

Xatırladaq ki, İlqar Altay oktyabrın 9-da Azərbaycan Respublikası Prezidentliyinə keçiriləcək seçkidə namizəd kimi iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib və onun namizədliyi təsdiq olunub.

 





09.09.2013    çap et  çap et