525.Az

Ağdamlılar bu qədər pulu hardan alırlar? - Aqil Abbasdan yeni hekayə - ANONS


 

Ağdamlılar bu qədər pulu hardan alırlar? - Aqil Abbasdan yeni hekayə - <b style="color:red">ANONS</b>

Milli Məclisin üzvü, yazıçı Aqil Abbasın yeni hekayəsindən parçalar:

Köklü qarabağlılar, özlərini xan-bəy nəvəsi sayanlar  isə İsa bulağının   suyunu bəyənməzdilər ki, adamı  köpdürür. Zarıslı  bulağını  xoşlayırdılar. Doğrudan, bu suyun  dünyada  əvəzi yox idi. Nə qədər   yeyirsən-ye, nə qədər  vurursan-vur, üstündən  bircə stəkan içib cır armudla da bir dişləm yeyəndən sonra elə acırdın ki,  üstündən bir cəmdək də yeyə bilərdin.  Zarıslının  cır armudu da  arağın dərmanı idi.

***

- Dayı, bu ağdamlılar bu qədər pulu hardan alırlar?
- Mən nə bilim, ə? Özdəri kəsirlər.
- Dayı, bəs sən bu qədər pulu hardan alırsan?
- Ə, sarsağ oğlu sarsağ, abaxeyis-zadsan. Mən də onnardan öyrənmişəm. Üç il havayıdan orda selxoztexnikomda oxumamışam ha. O texnikom deyildi ey, akademiyaydı. Onun hesabına otuz ildi sədr işləyirəm. İnşallah, bu payız səni də ora düzəldəjəm. Oxu, adam ol. 
- Dayı, doğrudan  onların  bazarında atom bombası satırlar?
- Ə, gopa basırlar. Atom bombası nəəzir, iki dənə varıydı, onu da nemesdər düzəltmişdilər, amerikalılar da  nemesdərdən oğurluyuf atdılar Yaponiyya, day qalmadı. Olseydı tapıb gətirib satardılar fələstinlilərə,  onnarın da canı İsraildən  qurtarardı. Amma yanıcüjəli toyux nə qədər istəsən; - dedi belindəki nikel  tapançanı  çıxarıb  sığalladı və yenidən qoydu  belinə.

***

-  Bajoğlu, bilirsən  Məcidov nə kişidi? Bizim Mirhacib ağanın oğludu. Halal adamdı. Dost-doğma da əmuşağıyıx.  Burda Qorponun  müdiriydi. Keçən dəfə gələndə  saldı məni  isklada, hamısı da  importnı mal. Dedi, əmoğlu, ürəyin nə istiyir seç. Xeylax  şey-şüy aldım. Nə qədər  elədim əlimi civimə salmağa qoymadı, dedi buralar saa qurbandı. Gələn dəfə gələndə gedərik bir Ağcavədiyə, həm seyidin ojaxına, həm də  qonağı olarıx. Oğlu da fəxrimizdi, şairdi, kitavı-zadı da çıxıf.

***

Deməli, bir dəfə ispalkom gəlir  bazara. Görür  bu kişi oturuf  elə indi oturduğu yerdə.  Bazarkoma deyir ki, ə, bunu  yolun  ortasından  götürün, başqa yerə qoyun. Hopstof götürüf  qoyullar bir kənara. Axşam İspalkom evəələndə sekadan  zəng gəlir  ki, bəs, bizim orda bir yetimçə var, bazarda çəhməçilik edif balalarını saxlıyır, onu incitmisən. Qoy  harda istiyir, orda da otursun.  İspalkom dəli olur. Tez bazarkomu  tapıf deyir ki, bu dəyqə gedirsən bazara, o oğraşı  tapıf  şey-şüyünü  də götürüf indiyəcən harda  oturmuşdu qoyursan ora, canı  çıxsın. Bildin?  Burda hərənin bir  dayısı var ey!

HEKAYƏNİN TAM VERSİYASINI "525-Cİ QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





26.01.2019    çap et  çap et