Şair Vaqif Bəhmənlinin Türkiyədə “Hüzünlü mısralar” adlı şeirlər kitabı çap olunub.
Avrasiya Yazarlar Birliyi (AYB) tərəfindən “Azərbaycan ədəbiyyatı” seriyasında çap olunan kitab “Bengü” nəşriyyatında işıq üzü görüb. Şeirləri Türkiyə türkcəsinə tanınmış tərcüməçi Ülkü Taşlıova uyğunlaşdırıb.
Kitabda “Təqdim” balığı altında AYB-nin başqanı Yaqub Öməroğlu Vaqif Bəhmənli ilə tanışlığından, onun şəxsiyyəti və yaradıcılığından söz açır.
Ön sözdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, publisist Rəşad Məcid müəllifdən “Hər kəsə çatacaq işıq” deyə bəhs edir. Tərcüməçi Ülkü Taşlıova isə öz məqaləsində Vaqif Bəhmənliyə “Səni yeni tanıdım” - deyib müraciət edir.
Sözügedən kitabın təqdimat mərasimi 8 fevral saat 15:00-da Türkiyədə - “Kabakçı Konağı Kültür Merkezi”ndə keçiriləcək.
ŞAHANƏ
çap et