|
|
|
|
Fransada "sarı jiletlilər" hərəkatının 11-ci etiraz aksiyası keçirilir.
Trend-in məlumatına görə, yerli vaxtla saat 18:00 üçün paytaxt Parisdə keçirilən etiraz aksiyaları zamanı azı 52 nəfər saxlanılıb.
Fransada "sarı jiletlilər" hərəkatının növbəti etiraz aksiyalarında azı 69 min insan iştirak edib. Parisdə etiraz aksiyalarında təxminən 4 min insan iştirak edib.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlilər" adlandırılıb.