525.Az

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB ümumrespublika təşkilatı statusu aldı


 

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB ümumrespublika təşkilatı statusu aldı<b style="color:red"></b> "Nizamnaməsində Gəncə şəhərini əhatə etsə də, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan Respublikasının bütün bölgələrində fəaliyyət göstərən “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi 2019-cu ilin yanvar ayından artıq ümumrespublika təşkilatı statusu alıb. Ədliyyə Qeydiyyat Notariat Baş İdarəsi QHT-nin Nizamnaməsində dəyişikliyi təsdiqləyərək təsdiqə dair sənəd və yeni reyestrdən çıxarış sənədini təqdim edib".

Bu sözləri təşkilatın sədri Lamiyə İsazadə deyib.

QHT sədri qeyd edib ki, indiyə qədər təşkilat yerli layihələr icra edirdisə, bundan sonra təşkilatın fəaliyyət sahəsi daha da genişləndiriləcək.

L.İsazadə əlavə edib ki, birliyin beynəlxalq layihələrə də qatılması nəzərdə tutulur.
 





28.01.2019    çap et  çap et