525.Az

“Gənclik Veloyürüşü” keçiriləcək


 

“Gənclik Veloyürüşü” keçiriləcək<b style="color:red"></b>

2 fevral - Gənclər günü münasibətilə “İrəli” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə ənənəvi “Gənclik Veloyürüşü” keçiriləcək.

“İrəli”dən verilən məlumata görə, veloyürüşün məqsədi gənclərdə sağlam həyat tərzinin formalaşması, velosiped mədəniyyətinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və Gənclər gününün əhəmiyyətinin daha da artırılmasıdır.

Qeyd edək ki, tədbir “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi, Dənizkənarı Bulvar İdarəsi, Heydər Əliyev Mərkəzi və Respublika Olimpiya Velosiped Məktəbinin tərəfdaşlığı ilə keçirilir.

“Gənclik Veloyürüşü” fevralın 3-də, saat 11:00-da Azneft dairəsində başlayacaq və Heydər Əliyev Mərkəzində başa çatacaq.

Veloyürüşdə iştirak etmək istəyən şəxslər “ireli.az” qeydiyyatdan keçə bilərlər.

C.ABASOV

 





28.01.2019    çap et  çap et