525.Az

Penitensiar xidmətin əməliyyat aparatı müxtəlif cinayətlərin üstünü açıb


 

Penitensiar xidmətin əməliyyat aparatı müxtəlif cinayətlərin üstünü açıb<b style="color:red"></b>

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar xidmətdən verilən məlumata görə, xidmətin, 10 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Nəsimi RPİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 181.2.1, 181.2.3-cü maddələri ilə barəsində axtarış elan edilmiş Bərdə şəhər sakini Həsənov Şamxal Fəqani oğlu saxlanılaraq Nəsimi RPİ-nin əməkdaşlarına təhvil verilib.

Penitensiar Xidmətin, 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Nizami rayon Polis idarəsinin 25-ci Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakininə qarşı quldurluq etmiş Lənkəran şəhər sakini Niftullayev Namiq Akif oğlu Binəqədi rayonu ərazisində saxlanılaraq Nizami rayon Polis idarəsinə təhvil verilib.

 





28.01.2019    çap et  çap et