525.Az

İlham Əliyev-Paşinyan görüşü Davos Forumunun 33 əsas hadisəsindən biri hesab olunub


 

İlham Əliyev-Paşinyan görüşü Davos Forumunun 33 əsas hadisəsindən biri hesab olunub<b style="color:red"></b>

Davos Ümumdünya İqtisadi Forumunun təşkilatçıları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünü forumun 33 əsas hadisəsi sırasına daxil edib.

Trend-in məlumatına görə, forumun veb-saytında dünyaya təsir göstərən 33 hadisənin siyahısı verilib.

Məlumatda deyilir: “Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların irəliləməsi üçün Ümumdünya İqtisadi Forumu zamanı görüşüb”.

 





28.01.2019    çap et  çap et