525.Az

Azərbaycanlı alim AMEA Botanika İnstitutunun qonağı oldu


 

Azərbaycanlı alim AMEA Botanika İnstitutunun qonağı oldu <b style="color:red"></b>

Dünən Recep Tayyip Ərdoğan Universitetinin (Türkiyə) professoru Vaqif Hətəmov AMEA Botanika İnstitutunun qonağı olub.

Qeyd edək ki, yüksək ixtisaslı professor V. Hətəmov əmək fəaliyyətinə Botanika İnstitutunda başlamış, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək perspektivli bir alim kimi formalaşıb. O, 1978-1998-ci illər ərzində burada çalışmış və İnstitutun fəal tədqiqatçılarından biri kimi özünü göstərib. Sonralar elmi tədqiqatlarını Turkiyədə davam etdirən həmkarımız doğma Botanika İnstitutu iləəlaqəsini kəsməmiş, kadr hazırlığında iştirak edib.

İnstitutun direktoru, akademik Validə Əlizadə, elmi işlər üzrə direktor müavini Eldar Novruzov, Mikologiya  laboratoriyasının müdiri, AMEA-nın professoru Dilzarə Ağayeva və Sistematika və biomüxtəliflik şöbəsinin müdiri Rəşad Səlimovun iştirakı ilə keçən görüşdə qonağa İnstitutun müasir elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. İnstitutun elmi fəaliyyətində, birgə layihələrində iştirak etməyə dəvət olunub.

Həmçinin, Azərbaycan Botaniklər Cəmiyyəti ictimayi birliyinin son zamanlar fəaliyyətinin bərpası, qarşıya qoyulmuş hədəflər, xaricdə yaşayan botanik həmvətənlərimizin birliyin fəaliyyətinə cəlb edilməsi, qarşılıqlı görüləcək işlər geniş müzakirə edilib.

Botanika İnstitutunun herbari və laboratoriyaları ilə tanışlıqdan sonra görülən işləri yüksək qiymətləndirən prof. V.Hətəmov qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanların yaradıldığını vurğulayıb.

S.QARAYEVA

 





29.01.2019    çap et  çap et