Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edilib.
Trend-in məlumatına görə, buna səbəb Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davadır.
Nurməhəmmədov həmçinin 500 min ABŞ dolları həcmində cərimə ödəməlidir.