525.Az

“Strateji Menecment Məktəbi” layihəsi başladı


 

“Strateji Menecment Məktəbi” layihəsi başladı <b style="color:red"></b>

Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Strateji Menecment Məktəbi” layihəsinin icrasına başlanılıb.

“İrəli”dən verilən məlumata görə, layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes, iqtisadiyyat, idarəçilik sahəsində inkişaf etməsi və gənclərin bu sahə ilə bağlı maariflənməsidir.

Tədbirin ilk günü layihə rəhbəri Fatimə Məsimlinin təqdimatında layihə haqqında geniş məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra təlimçi Şahin Rəhmanlının təqdimatında “Strateji Menecment” təlimi baş tutub. Təlimdə layihə iştirakçılarına strateji plan - daxili zəif və güclü tərəflərin təhlili, strategiyanın seçilməsi, strategiyanın həyata keçirilməsi, strategiyanın qiymətləndirilməsi haqqında məlumat verilib. Həmçinin, təlim müddətində idarəetmə ilə əlaqəli oyunlar və “work shop” təşkil edilib.

Bundan başqa, təlimçi Azər Əmirovun təqdimatında “Marketinq” təlimi keçirilib.

Layihənin ikinci günü təlimçi Mahir Qara “İnsan resurslarının idarə edilməsi” haqqında iştirakçılara geniş məlumat verib.

Daha sonra Ş.Rəhmanlının təqdimatında “Biznesə başlamanın yolları” mövzusunda təlim keçirilib.

Qeyd edək ki, layihə iki mərhələdən ibarət olmaqla 3 ay davam edəcək.

Təlim sessiyaları yekunlaşdıqdan sonra layihə iştirakçıları komandalar şəklində “Strateji Menecment” virtual simulyasiya oyununda yarışacaqlar. Simulyasiya oyunu strateji idarəetmə istiqamətində təşkil olunacaq. Komandaların məqsədi virtual bazarda rəqabət aparmaq, düzgün qərarların verilməsini öyrənmək, dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək, idarə edilən kapitalın artmasını təmin etməkdir.

Layihənin həyata keçirilməsi həm gənclərin idarəçilik, analitika, sahibkarlıq, biznes sahələrində bilik və bacarıqlarını artıracaq, həm də gələcəyin potensial rəhbərlərinə biznesin idarə olunması sahəsində özlərini sınamağa, təcrübə qazanmağa imkan yaradacaq.

 





30.01.2019    çap et  çap et