525.Az

Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması


 

Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması <b style="color:red"></b>

Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk qrupu çərçivəsində ABŞ və Fransa ilə həmahəng işləyir.

Trend-in erməni KİV-nə istinadən məlumatına görə, bunu Yerevanda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O bildirib ki, mövcud strukturlar çərçivəsində Rusiya, ABŞ və Fransanın qarşılıqlı fəaliyyəti kifayət qədər yaxşı səviyyədədir.

Ermənistan və Azərbaycan cəmiyyətlərinin sülhə hazırlanmasında vasitəçilərə ehtiyacın olub-olmaması barədə danışan Q.Karasin vurğulayıb ki, tərəflər arasında qarşılıqlı etimadı, çətin problemlərin dinc yolla həlli məramını yüksəltmək lazımdır.

 





30.01.2019    çap et  çap et