525.Az

“Cəmiyyətin səsi” layihəsi keçirilir


 

“Cəmiyyətin səsi” layihəsi keçirilir<b style="color:red"></b>

Gənclər Fondunun dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə XI qrant müsabiqəsinin qalibi Diana Seyidovanın “Cəmiyyətin səsi” adlı fərdi layihəsinin icrasına başlanılıb.

“İrəli”dən verilən məlumata görə, layihənin əsas məqsədi gender bərabərsizliyindən qaynaqlanan müxtəlif sosial problemlərin həllinə yardım etmək, insanları daha tolerant dəyişikliyə, fərqliliyə açıq olmağa dəvət etməkdən ibarətdir.

“Cəmiyyətin səsi” layihəsi Azərbaycan Dillər Universitetində baş tutub. Layihənin ilk qonağı Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu olub.

Bu gün ixtisasından asılı olmayaraq hər kəsin natiqliq bacarığının olmasının vacibliyini qeyd edən O.Fikrətoğlu “Nitq Mədəniyyəti” təlimi keçib və daha sonra layihə iştirakçılarının hekəyələrini dinləyərək onlara nitqlərində olan qüsurları bildirib.

Günün ikinci yarısında təlimçi Şahin Rəhmanlı “Storytelling” haqqında geniş məlumat verib. İştirakçılar II mərhələdə ssenariləşdirəcəkləri həyat hekəyələrinin forması haqqında ilkin məlumatlar əldə ediblər.

Qeyd edək ki, layihə çərçivəsində I mərhələdə nitq mədəniyyəti, “Storytelling”, emosiyaların çatdırılması, daxili obraz təlimləri peşəkar aktyor və təlimçilər tərəfindən keçirilir.

II mərhələdə layihə iştirakçıları ölkədə sosial problemləri araşdıracaq, həmin problemləri yaşayan insanların həyat hekayələrini ssenariləşdiriləcəklər.

Sonda həmin ssenarilər əsasında videoçarxların çəkilməsi, təqdimatı və sosial şəbəkələrdə yerləşdirməsi nəzərdə tutulub.

CEYHUN

 





30.01.2019    çap et  çap et