525.Az

Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq imkanları müzakirə olundu


 

Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq imkanları müzakirə olundu<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Koreya İnkişaf İnstitutunun nümayəndə heyəti ilə görüş olub.

Nazirlikdən verilən məlumata görə, görüş Koreyanın İqtisadiyyat və Maliyyə Nazirliyinin həyata keçirdiyi Bilik Mübadiləsi Proqramı (Knowledge Sharing Program) çərçivəsində keçirilib.

Görüşdə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizin əmək bazarında mövcud vəziyyəti barədə məlumat verib. O, əmək bazarının tənzimlənməsi, təhlili və proqnozlaşdırılması, peşə standartlarının hazırlanması, qeyri-formal məşğulluqla mübarizə sahəsində nazirlik tərəfindən aparılan işləri diqqətə çatdırıb.

Koreya İnkişaf İnstitutunun nümayəndəsi Yoonjung Kim Bilik Mübadiləsi Proqramı, Koreya Respublikasının həmin proqram çərçivəsində digər ölkələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri və sosial sahədə tərəfləri maraqlandıran istiqamətlər üzrə 2020-2021-ci illər üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

C.ABASOV

 





30.01.2019    çap et  çap et