525.Az

Milli Kitabxanada "Aşıq Ədalət-80" sərgisi


 

Milli Kitabxanada "Aşıq Ədalət-80" sərgisi <b style="color:red"></b>

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar incəsənət xadimi Aşıq Ədalətin anadan olmasının 80 illiyi münasibətilə "Aşıq Ədalət-80" adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Aşıq Ədalətə həsr edilmiş kitablar və dövri mətbuat nümunələri sərgilənib.

Qeyd edək ki, Aşıq Ədalət "Yanıq Kərəm", "Qaytarma", "Baş sarıtel", "Ruhani" və başqa saz havalarının bənzərsiz ifaçısı olub.

2017-ci il sentyabrın 14-də 78 yaşında vəfat edən görkəmli el sənətkarı Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.

 





30.01.2019    çap et  çap et