525.Az

Türkiyədə 50-yə yaxın pilot saxlanıldı


 

Türkiyədə 50-yə yaxın pilot saxlanıldı<b style="color:red"></b>

Türkiyənin paytaxtı Ankarada "FETÖ" terror təşkilatı ilə mübarizə çərçivəsində növbəti əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində Hərbi Hava Qüvvələrinin 48 pilotu saxlanılıb.

Saxlanılanlar arasında 3 polkovnik, 4 mayor və 4 leytenant olub.

Qeyd olunur ki, saxlanılan pilotlar "FETÖ" ilə sıx əlaqədə olublar.

 





30.01.2019    çap et  çap et