525.Az

BANM tələbələri İspaniyada təhsil alacaqlar


 

BANM tələbələri İspaniyada təhsil alacaqlar<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini İspaniyanın Alkala Universitetində davam etdirəcək.

“Erasmus+” proqramı çərçivəsində həyata keçirilən tələbə mübadilə proqramı BANM-in altı tələbəsinin beş ay müddətinə İspaniyanın Alkala de Enares şəhərinə göndərilməsini təmin edir.

Onları yola salmaq üçün keçirilən görüşdə rektor Elmar Qasımov proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 6 tələbənin İspaniyaya göndərilməsini BANM-in xarici layihələrə və universitetlərə inteqrasiyasının nəticəsi kimi dəyərləndirib. Qeyd edib ki, bu proqram çərçivəsində yaz semestrində digər ölkələrə də tələbələr göndəriləcək.

Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının dosenti Nailə Allahverdiyeva və ali məktəbin proqram meneceri Nərgiz Tarverdiyeva tələbələrə tövsiyələrini veriblər.

İspaniyada təhsil alacaq tələbələr Azərbaycanın milli adət-ənənələrini və doğma universitetlərini İspaniyada yüksək səviyyədə təmsil edəcəklərini deyib, onlar üçün yaradılmış imkana görə rektora təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Kamal Bağırlı, Səkinə Nağızadə, Vəfa Məmmədova, Nicat İsmayılov, Aysu Həmidli və Nəriman Tağızadə bu gün İspaniyaya yola düşəcəklər.

 





31.01.2019    çap et  çap et