525.Az

Peşə Reabilitasiya Mərkəzində "Əlillik qüsur deyil" kitab-albomunun təqdimatı oldu


 

NƏŞRDƏ BARƏLƏRİNDƏ MƏLUMATLAR VƏ YARADICILIQ NÜMUNƏLƏRİ TƏQDİM OLUNAN GƏNCLƏRƏ KİTAB-ALBOM HƏDİYYƏ EDİLDİ

Peşə Reabilitasiya Mərkəzində "Əlillik qüsur deyil" kitab-albomunun təqdimatı oldu<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində "Əlillik qüsur deyil" kitab-albomunun təqdimatı olub.

Nazirlikdən verilən məlumata görə, tədbirdə fondun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə tanıdılması üçün aparılan işləri diqqətə çatdırıb. O, nazirlik tərəfindən "Əlillik qüsur deyil" kitab-albomunun nəşr etdirilməsinin də bu məqsədə xidmət etdiyini bildirib.

Qeyd olunub ki, 278 səhifəlik kitab-albomda sosial xidmət müəssisələrinin 60-a qədər istedadlı sakini, o cümlədən, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin yetirmələrindən 50-dən artıq istedadlı gənc haqqında məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapıb.

Boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanların, ilk inklüziv teatr olan ƏSA-nın yaradıcı heyətinin əldə etdiyi uğurlara da nəşrdə geniş yer verilib. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab-albomun yaxın zamanda digər dillərdə çap olunması, bu kitab-albom əsasında yaradıcı fiziki məhdudiyyətli insanların elektron reyestrinin, həmin reyestr əsasında əl işlərinin satışı portalının yaradılması da nəzərdə tutulur.

Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli fiziki məhdudiyyətli insanların yaradıcılığının cəmiyyətə tanıdılması üçün aparılan işlərin, o cümlədən, "Əlillik qüsur deyil" kitab-albomunun nəşr olunmasının əhəmiyyətindən bəhs ediblər.

Nəşrdə barələrində məlumatlar və yaradıcılıq nümunələri təqdim olunan gənclərə kitab-albom hədiyyə edilib. Bu kitab-albomda yaradıcılıqlarını görməkdən böyük mənəvi güc aldıqlarını, dövlətin onlara dayaq olduğuna bir daha əminliklərini vurğulayıblar.

CEYHUN

Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil”  kitab-albomunun təqdimatı olub

 





31.01.2019    çap et  çap et