525.Az

Deputatlar onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edirlər


 

Deputatlar onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edirlər<b style="color:red"></b>

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında iki təklif irəli sürüb.

Trend-in məlumatına görə, Ə.Amaşov “Mətbuat Şurası haqqında" və “Onlayn media haqqında” qanun layihələrinin hazırlanmasına ehtiyac olduğunu bildirib.

O qeyd edib ki, bu təkliflər bir neçə dəfə səsləndirilib: "Təkliflərin nəzərə alınması müsbət addım olardı".

Deputat Fazil Mustafa da onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib. Deputat bunu indiki mövcud situasiya ilə əlaqələndirib:

“Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac var və qanun layihəsinin hazırlanması sürətləndirilməlidir”.

 





01.02.2019    çap et  çap et