525.Az

Ucarda mikroavtobus aşıb


 

Ucarda mikroavtobus aşıb<b style="color:red"></b>

Ucar rayonunda çoxsaylı insan xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA - nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 14:20 radələrində Bakı – Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Bakı – Göyçay  marşrutu ilə hərəkət edən 90 – JZ – 369 dövlət nömrə nişanlı “Hyundai” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Məlumata görə, 10-a yaxın yaralı Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yol polisinin əməkdaşları hadisə yerində araşdırma aparır.

 





10.09.2013    çap et  çap et