525.Az

Prezident Administrasiyası: "ABŞ-ın hərəkətləri Türkiyəni bərk narahat edir"


 

Prezident Administrasiyası: "ABŞ-ın hərəkətləri Türkiyəni bərk narahat edir"<b style="color:red"></b>

Son illər ABŞ-ın regionda fəaliyyəti Türkiyəni bərk narahat edir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

F.Altunun sözlərinə görə, ABŞ PKK-nın Suriyadakı qolu PYD/YPG-ni fəal dəstəkləyir və bu Ankara ilə Vaşinqton arasında müttəfiqlik ruhuna uyğun deyil:

“Vaşinqtonun bu cür hərəkətləri ciddi problemlərə gətirib çıxarıb”.

O bildirib ki, Türkiyənin tərəfdaşlıq baxımından alternativləri çoxdur və ABŞ bunu başa düşməlidir.

F.Altun əlavə edib ki, Türkiyənin məqsədi Suriyanın şimalını terrorçulardan təmizləmək, bu regionda təhlükəsizlik zonasını yaratmaqdır.

 





02.02.2019    çap et  çap et