525.Az

Tramp: "İran nüvə razılaşmasına riayət etmir"


 

Tramp: "İran nüvə razılaşmasına riayət etmir"<b style="color:red"></b>

İran nüvə razılaşmasına riayət etmir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "CBS" telekanalına müsahibəsi zamanı bildirib.

Jurnalistin "ABŞ kəşfiyyatı iddia edir ki, İran nüvə proqramı haqqında razılaşmaya riayət edir" cümləsinə D.Tramp bildirib: "Mən onlarla razı deyiləm. Mənim kəşfiyyatım var, amma bu o demək deyil ki, mən onlarla razılaşmaq məcburiyyətindəyəm".

D.Tramp bildirib ki, kiçik Corc Buş kəşfiyyatın İraqın "kütləvi qırğın silahlarının bütün növlərinə" malik olduğu barədə məlumata inandı:

"Kəşfiyyatın bu əməkdaşları nə etdiklərini qətiyyən anlamırdılar və bizi heç vaxt iştirak etməyimiz lazım olmayacaq müharibəyə qarışdırdılar".

 





04.02.2019    çap et  çap et