525.Az

Azərbaycanın nazir müavini İrəvana gedir


 

Azərbaycanın nazir müavini İrəvana gedir<b style="color:red"></b>

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu həftə İrəvana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.
 
Onun sözlərinə görə, səfərdə məqsəd sentyabrın 12-13-də İrəvanda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak etməkdir.
 
Toplantıda Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İskəndərov da iştirak edəcək. İclas “Şərq Tərəfdaşlığı” Proqramının noyabrda Vilnüsdə keçiriləcək sammitinə son hazırlıq yığıncağı olacaq.

 





10.09.2013    çap et  çap et