525.Az

XİN danimarkalı deputatların və jurnalistlərin işğal altındakı ərazilərə səfəri haqda xəbərləri araşdırır


 

XİN danimarkalı deputatların və jurnalistlərin işğal altındakı ərazilərə səfəri haqda xəbərləri araşdırır<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkadan olan deputatların və jurnalistlərin Azərbaycanın işğal altındakı ərazilərinə səfəri haqda xəbərləri araşdırır.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, Azərbaycanın Londondakı səfirliyinə tapşırıq verilib və araşdırmanın yekununda müvafiq qərar qəbul olunacaq.    
 
Xatırladaq ki, Ermənistan mətbuatı bir neçə gün əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanın danimarkalı deputatlar və jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul etdiyi barədə xəbər yayıb.

 





10.09.2013    çap et  çap et