525.Az

“Gənclərin İnkişaf və Karyera Mərkəzi” gənclərin ixtiyarına verildi


 

“Gənclərin İnkişaf və Karyera Mərkəzi” gənclərin ixtiyarına verildi <b style="color:red"></b>

Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin açılış mərasimi baş tutub.

Fonddan Trend-ə verilən məlumata görə, Azərbaycan Gəncləri Gününə təsadüf edən tədris mərkəzinin açılışında, gənclər təşkilatlarının rəhbərləri və Gənclər Fondundan qrant almış ictimai fəal gənclər iştirak ediblər.

Tədbirin rəsmi açılış hissəsində çıxış edən Gənclər Fondunun rəhbərliyi qonaqları salamlayıb və gələcəkdə Mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.

Açılış mərasimində iştirak edən gənclər təşkilatlarının rəhbərləri çıxış ediblər. Daha sonra Mərkəzin rəhbəri öz çıxışında Təhsil Mərkəzinin fəaliyyət isiqamətləri o cümlədən gələcəkdə həyata keçiriləcək layihələr haqqında qonaqlara ətraflı məlumat verib. Sonda gənclərin marağına səbəb olan əyləncəli viktorina təşkil edilib.

 





04.02.2019    çap et  çap et