525.Az

AŞPA-nın müşahidə missiyası Azərbaycana gəlib


 

AŞPA-nın müşahidə missiyası Azərbaycana gəlib<b style="color:red"></b> Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyası Azərbaycana gəlib. APA-nın məlumatına görə, Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət müşahidə missiyası seçkiqabağı situasiyanı və seçki kampaniyasının gedişini qiymətləndirəcək.
 
Qonaqlar səfər zamanı prezident İlham Əliyev, prezidentliyə namizədlər, Milli Şuraya daxil olan müxalifət partiyalarının nümayəndələri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, MSK sədri, QHT və media nümayəndələri ilə görüşlər keçirəcəklər. Missiya səfərin nəticələrinə dair bəyanatla çıxış edəcək.
 
Səfər sentyabrın 13-də yekunlaşacaq.
 





11.09.2013    çap et  çap et