525.Az

Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı Şuşadan Ermənistana aparılıb


 

Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı Şuşadan Ermənistana aparılıb<b style="color:red"></b>

Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı Şuşa şəhərindən Ermənistana aparılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə bildirilib ki, aidiyyəti beynəlxalq təşkilatlardan daxil olmuş məlumata əsasən, 1 fevral 2017-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistana aparılıb.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

 





05.02.2019    çap et  çap et