525.Az

FHN ötən gün baş verən zəlzələ ilə əlaqədar məlumat yaydı


 

FHN ötən gün baş verən zəlzələ ilə əlaqədar məlumat yaydı<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyi İsmayıllıda baş verən zəlzələ ilə əlaqədar məlumat yayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elimlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Qeyd olunan ərazilərdə zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır.

Əlavə məlumat veriləcək.

 





06.02.2019    çap et  çap et