525.Az

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb


 

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb<b style="color:red"></b>

Məlum olduğu kimi, fevralın 5-6-da Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində zəlzələ baş verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib:

"Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb.

Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib".

 





06.02.2019    çap et  çap et