525.Az

"Şamaxıda əhaliyə içməli suyun verilməsində problem yoxdur"


 

"Şamaxıda əhaliyə içməli suyun verilməsində problem yoxdur"<b style="color:red"></b>

Şamaxıda baş verən zəlzələ nəticəsində əraziyə içməli suyun verilməsində problem yoxdur.

Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, qurum əməkdaşları əraziyə baxış keçirib: "Rayon ərazisindəki anbarlarda, hidrotexniki qurğularda vəziyyət yaxşıdır. Şəbəkədə hər şey qaydasındadır".

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

 





06.02.2019    çap et  çap et