525.Az

Özbəkistan prezidenti Azərbaycana gələcək


 

Özbəkistan prezidenti Azərbaycana gələcək<b style="color:red"></b>

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.

Bu barədə Trend Özbəkistanın "UPL 24" informasiya saytına istinadən məlumat verir.

Səfərin dəqiq tarixi açıqlanmasa da, yaxın vaxtlarda baş tutacağı bildirilir.

Qeyd olunur ki, qarşıdakı səfər haqqında məlumatı bu ölkədə səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev də təsdiq edib. Ş.Mustafayevin səfərlə bağlı məsələləri Özbəkistan Baş nazirinin müavini Elyor Qaniyevlə müzakirə etdiyi deyilir.

Görüşdə E.Qaniyeb deyib ki, Özbəkistan tərəfi Azərbaycanla iqtisadi münasibətlərin daha da yaxşılaşacağına ümid edir.

 





06.02.2019    çap et  çap et