525.Az

Qəbələ və Balakəndə “Mənim Peşəm” layihəsi keçiriləcək


 

Qəbələ və Balakəndə “Mənim Peşəm” layihəsi keçiriləcək<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi Azər Əmirovun “Mənim Peşəm” adlı fərdi layihəsi həyata keçiriləcək.

“İrəli”dən verilən məlumata görə, layihənin əsas məqsədi ənənəvi peşə sahələrinin gənclər arasında təbliği, gənclərə düzgün ixtisas seçimində təlimlər vasitəsi ilə yardımçı olmaqdır.

“Mənim Peşəm” layihəsi yeniyetmə gənclər üçün keçiriləcək və maarifləndirici təlimlərdən ibarət olacaq. Layihə çərçivəsində fevralın 9-da Qəbələ rayonunun Vəndam kənd məktəbində və fevralın 10-da isə Balakən rayonunda şagirdlərə təlim keçirilməsi planlaşdırılıb.

2 gün davam edəcək təlimlərdə ümumilikdə 60-dan artıq gəncin iştirakı nəzərdə tutulub. Təlimləri Malik Bağırov və Şahin Rəhmanlı keçirəcək.

Layihənin dayanıqlığını təmin etmək məqsədi ilə xüsusi qrup yaradılaraq yeni ixtisas, ixtisaslaşma ilə bağlı dəyişikliklər layihə iştirakçılarına mütəmadi olaraq bir neçə sosial kanallar vasitəsilə ötürüləcək.

CEYHUN

 





06.02.2019    çap et  çap et