525.Az

Əvəz Zeynallının kasasiya şikayəti təmin olunmayıb


 

Əvəz Zeynallının kasasiya şikayəti təmin olunmayıb<b style="color:red"></b>

 Bu gün Ali Məhkəmədə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının kasasiya şikayətinə baxılıb.

Ə. Zeynallının vəkili Elçin Sadıqov APA-ya bildirib ki, Ali Məhkəmə jurnalistin kasasiya şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin 13 may 2013-cü il tarixli qərarını qüvvədə saxlayıb.
 
Xatırladaq ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.
 
O, sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub.
 
Hökmə əsasən, ondan 4076 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödəniləcək.
 
Hökmdən apellyasiya şikayəti verilsə də, məhkəmə şikayəti təmin etməyib.

 





11.09.2013    çap et  çap et