525.Az

Elmira Axundovaya - Səyavuş Məmmədzadənin şeiri


 

Elmira Axundovaya - <b style="color:red">Səyavuş Məmmədzadənin şeiri </b>

ELMİRA AXUNDOVAYA

Alimlik, münəqqid, yazar ilhamı,
Sənin varlığında təzahür etdi.
Parlaq əsərlərin - xalqın bayramı
Adını ucaldıb çox məşhur etdi.

Dar gündə, Vətənin haqq savaşında
Meydana atılıb sən qələm çaldın.
Yalançı naqqallar həddi aşanda
Qara daşlarını əlindən saldın.

Mehriban ana tək, Məclis üzvü tək
Yamanlara qarşı cəngə girərək,
Qoruyub saxladın haqqı, tarazı
Var ol, doğma xalqın münəvvər qızı,
Yaşat öz qəlbində günəşli yazı.

 





07.02.2019    çap et  çap et