525.Az

ADPU-də imtahan sessiyası başa çatdı


 

ADPU-də imtahan sessiyası başa çatdı <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin imtahan sessiyası başa çatıb.

Universitetdən bildirilib ki, payız semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətlərin araşdırılması və düzgün qiymətləndirilməsini təmin etmək məqsədilə 9 nəfərdən ibarət Apellyasiya Komissiyası yaradılıb. Eyni zamanda, payız semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə 8 nəfərdən ibarət İmtahan Qərargahı fəaliyyət göstərib. Payız semestrinin imtahan sessiyası Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunub. Apellyasiya Komissiyasının və İmtahan Qərargahının əlaqə telefonları bütün tələbələrə elan edilib, universitetin saytında və Facebook səhifəsində yerləşdirilib.

İmtahan Qərargahının rəhbəri, dosent Asif Axundovun verdiyi məlumata görə, yanvarın 4-dən fevralın 5-dək qərargaha ümumilikdə 293 nəfər tələbə müraciət edib. Bu müraciətlərin 283-ü yazılı qaydada verilən imtahanlardan, 10-u isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 283 müraciətin 262-si tələbələrin xeyrinə həll edilib, 21 müraciət isə əsassız hesab edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 10 müraciətin 7-si tələbələrin xeyrinə həll edilib, 3 müraciət isə əsassız sayılıb.

Apellyasiya Komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqovun verdiyi məlumata görə, yanvarın 4-dən fevralın 5-dək komissiyaya ümumilikdə 2050 müraciət daxil olub. Bu müraciətlərin 2035-i yazılı qaydada verilən imtahanlarla, 15-i isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı 1511 müraciət araşdırılıb. 460 müraciət tələbələrin xeyrinə həll edilib, 1051 müraciət əsassız sayılıb. Digər müraciətlərin araşdırılması davam edir. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 15 müraciətin 5-i tələbələrin xeyrinə həll edilib, 10 müraciət isə əsassız hesab edilib. Həmçinin, valideynlərlə əlaqələrin yaradılmasına, təhsil ekspertlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin universitetdə olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilib. ADPU-nun filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris Departamentinə və rektorluğa məlumat veriblər. ADPU-nun rəhbərliyi müntəzəm şəkildə auditoriyalarda olaraq imtahan prosesini müşahidə edib, öz tapşırıq və tövsiyələrini verib. Bütövlükdə ADPU-da payız semestrinin imtahan sessiyası tam şəffaf və obyektiv keçirilib.

S.QARAYEVA

 





08.02.2019    çap et  çap et