525.Az

Övladlığagötürmə sahəsində yeni idarəetmə modeli hazırlanır


 

Övladlığagötürmə sahəsində yeni idarəetmə modeli hazırlanır<b style="color:red"></b>

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət planı əsasında işlər davam etdirilir.

Nazirlikdən verilən məlumata gərə, yaradılmış işçi qrup bır sıra yerli və xarici ekspertlərlə, QHT-lər, həmçinin, UNİCEF və digər bir sıra beynəlxalq təşkilatlarla intensiv məsləhətləşmələr aparılır.

Bundan əlavə, beynəlxalq konsaltinq şirkəti olan "McKinsey&Company", valideyn himayəsindən məhrum olmuş uşaqların maraqlarına xidmət etməklə övladlığa götürülmə mövzusunda beynəlxalq təcrübənin araşdırılmasında və tətbiq edilməsində könüllü şəkildə dəstək göstərir.

Bu əməkdaşlıq çərçivəsində övladlığagötürmə sahəsində prosesin təkmilləşdirilməsi və bu prosesdə şəffaflıq və çevikliyin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərə dair təkliflərin hazırlanması və s. ilə bağlı beynəlxalq təcrübə öyrənilir.

Hazırda övladlığagötürmə sahəsində qabaqcıl beynəlxalq təcrübə və yerli reallıqlar əsasında yeni idarəetmə modeli hazırlanmaqdadır.

CEYHUN

 





08.02.2019    çap et  çap et