525.Az

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi


 

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi<b style="color:red"></b>

Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Ölkə başçısı İranlı həmkarında ünvanladığı məktubda deyilir:

- “Hörmətli cənab Prezident,
Tehran-Qum yolunda baş vermiş ağır nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”.

 





11.09.2013    çap et  çap et